TDT-yə üzv dövlətlərin müdafiə sənayesi qurumlarının rəhbərlərinin 2-ci iclası keçirildi – FOTO

Hazırda oxunan: TDT-yə üzv dövlətlərin müdafiə sənayesi qurumlarının rəhbərlərinin 2-ci iclası keçirildi – FOTO

639820

"ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində oktyabrın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin müdafiə sənayesi qurumlarının rəhbərlərinin ikinci iclası keçirilib.

Bizim.Media xəbər verir ki, iclasda Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev, TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev və digər üzv dövlətlərin müdafiə sənayesi qurumlarının rəhbərləri iştirak ediblər.

Nazir V.Mustafayev iclası açıq elan edərək tədbir iştirakçılarını salamlayıb, onları Azərbaycanda görməkdən məmnunluğunu bildirib.

O qeyd edib ki, iclasın "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi ilə eyni vaxtda keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu, yalnız müzakirə aparmaq deyil, eyni zamanda ölkələrimizin real sənaye imkanlarını, texnologiyalarını və potensial tərəfdaşlarını bir məkanda görmək imkanı verir.

 

V.Mustafayev türk dövlətləri arasında münasibətlərin bu gün yüksək səviyyəli dialoq, qarşılıqlı etimad və ortaq maraqlar üzərində inkişaf etdiyini, müdafiə sənayesi sahəsində əməkdaşlığın bu münasibətlərin getdikcə daha praktik və strateji istiqamətlərindən birinə çevrildiyini diqqətə çatdırıb.

 

İclasda kadr və mühəndislik potensialı, institusional əməkdaşlıq, birgə istehsal və sənayesi kooperasiyası, tədqiqat, inkişaf və yeni texnologiyalar istiqamətində müzakirələr aparılıb, təşkilatın Baş katibi və üzv dövlətlərin müdafiə sənayesi qurumlarının rəhbərləri çıxış ediblər.

Sonda TDT-yə üzv dövlətlər arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq üzrə Yol Xəritəsi qəbul edilib.

Qeyd edək ki, TDT-yə üzv dövlətlərin müdafiə sənayesi qurumlarının rəhbərlərinin birinci iclası ötən il Türkiyənin İstanbul şəhərində "IDEF 2025" sərgisi çərçivəsində keçirilib.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin