Rusiya ordusunun general-mayoru Sergey Nikituşkin həbs edildi

Hazırda oxunan: Rusiya ordusunun general-mayoru Sergey Nikituşkin həbs edildi

639806

Rusiya Silahlı Qüvvələri Baş Döyüş Hazırlığı İdarəsinin tədris-maddi bazası idarəsinin rəisi, general-mayor Sergey Nikituşkin barəsində həbs qətimkan tədbiri seçilib.

Bizim.Media xəbər verir ki, bu barədə Mash Telegram kanalı yazıb.

51 yaşlı zabit istintaq təcridxanasına göndərilib. Lakin onun hansı konkret ittihamla üzləşdiyi və işin mahiyyəti hələlik açıqlanmır.

Ukraynadakı hərbi əməliyyatların iştirakçısı olan Sergey Nikituşkinə 9 dekabr 2024-cü ildə general-mayor rütbəsi verilib. O, Rusiyadakı tank poliqonlarının modernləşdirilməsi işləri ilə məşğul olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin