İdmançımız dünya kubokunda ölkə rekordunu yenilədi

Hazırda oxunan: İdmançımız dünya kubokunda ölkə rekordunu yenilədi

639840

Bakıda ilk dəfə keçirilən üzgüçülük üzrə Dünya Kubokuna start verilib.

Bizim.Media xəbər verir ki, Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən yarışın ilk günündə Azərbaycan təmsilçiləri 9 növdə mübarizə aparıblar.

Fatimə Alkərəmova 100 metr məsafəyə qarışıq üsulla üzgüçülükdə 1:05.39 nəticə göstərərək Azərbaycan rekordunu yeniləyib.

Abdurrəhman Rüstəmov isə 100 metr məsafəyə kəpənək üsulu ilə üzgüçülükdə 53.02 nəticə ilə finala vəsiqə qazanıb.

Final sessiyasında 200 metr məsafəyə brass üsulu ilə Anastasiya Boborıkina, 200 metr məsafəyə kəpənək üsulu ilə Anastasiya Qnusina, Mehri Abdurəhmanlı və Vlastilina Xasyanova, 400 metr məsafəyə sərbəst üsulla isə Oqtay Hüseynov mübarizə aparacaq.

Qeyd edək ki, üzgüçülük üzrə Dünya Kuboku oktyabrın 1-dən 3-dək Bakı Su İdmanı Sarayında keçirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin