Sentyabr ayında ölkə ərazisində müşahidə olunan hava açıqlanıb.
Bu barədə Bizim.Media-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, 2026-cı ilin sentyabr ayında ölkə ərazisində havanın temperaturu iqlim norması ilə müqayisədə 24 gün normadan yuxarı (0–7 dərəcə), 4 gün isə normadan aşağı (0–7 dərəcə) olub. 2 gün temperatur iqlim norması daxilində müşahidə edilib.
Orta aylıq temperatur 24 dərəcə isti olub ki, bu da iqlim normasından 2 dərəcə yuxarıdır.
Bakı və Abşeron yarımadasında sentyabr ayında maksimal temperatur sentyabrın 15-də Sumqayıtda 34 dərəcə isti, bölgələrdə isə həmin tarixdə Ordubadda 37 dərəcə isti qeydə alınıb. Havanın minimal temperaturu Bakı və Abşeron yarımadasında sentyabrın 9-da 13 dərəcə isti (Maştağa), yüksək dağlıq ərazilərdə isə həmin tarixdə 2 dərəcə şaxta (Şahdağ) olub.
Sentyabr ayının bəzi günlərində hava şəraiti fasilələrlə yağıntılı keçib, şimşək çaxıb. Bəzi yerlərdə yağıntılar intensiv və leysan xarakterli olub.
Ümumilikdə, bölgələr üzrə 26 gün yağıntılı hava şəraiti müşahidə olunub. Ən çox yağıntı Mərkəzi Aran zonasında aylıq normanın 160 faizi olmaqla 23 mm (Hacıqabul), Balakən-Şəki zonasında aylıq normanın 106 faizi olmaqla 90 mm (Zaqatala), Bakı və Abşeron yarımadasında isə aylıq normanın 216 faizi olmaqla 49 mm (Maştağa) təşkil edib.
Şahdağda, Şamaxı rayonunun Çuxuryurd və Məlhəm kəndlərində, eləcə də Tovuz rayonunun Çobansığnaq kəndində dolu müşahidə olunub.
Sentyabr ayında Bakı və Abşeron yarımadasında 9 gün, bölgələrdə isə 14 gün küləkli hava şəraiti müşahidə olunub. Küləyin maksimal sürəti Bakı və Abşeron yarımadasında, eləcə də bölgələrdə 28 m/s-yə çatıb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:00 / 01.10.2026
Sentyabrda maksimal temperatur BU TARİXDƏ qeydə alınıb
Hazırda oxunan: Sentyabrda maksimal temperatur BU TARİXDƏ qeydə alınıb
Hazırda oxunan: Sentyabrda maksimal temperatur BU TARİXDƏ qeydə alınıb
639866
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































