Toyda kütləvi zəhərlənmə - Restoran bağlandı - FOTO

Hazırda oxunan: Toyda kütləvi zəhərlənmə - Restoran bağlandı - FOTO

639892

Kürdəmirdə "Günəş” restoranının fəaliyyəti məhdudlaşdırılıb.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, rayonda yerləşən “Günəş” restoranında keçirilən toy məclisi zamanı baş verən zəhərlənmə hadisəsi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən araşdırma aparılıb.

Məclisdə istifadə olunan qida məhsulları toy sahibi tərəfindən restorana təqdim edilib.

Araşdırma zamanı istehlaka təqdim olunan qida məhsullarından, restoranda qida ilə təmasda olan işçilərin əllərindən, bundan əlavə mətbəxdə olan səthlərdən, alət və avadanlıqlardan yaxma nümunələri götürülərək müvafiq laboratoriyaya göndərilib. Araşdırma yekunlaşanadək “Günəş” restoranının fəaliyyəti məhdudlaşdırılıb.











Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin