Vahid Ələkbərovun oğlunun bahalı "Bugatti”si Rusiyada müzakirə yaratdı - FOTO

Hazırda oxunan: Vahid Ələkbərovun oğlunun bahalı "Bugatti”si Rusiyada müzakirə yaratdı - FOTO

639808

Rusiyada müzakirələrə səbəb olan ilk "Bugatti Mistral" hiperkarının məşhur repçi Timatiyə deyil, "Lukoill" şirkətinin qurucusu, azərbaycanlı milyarder Vahid Ələkbərovun oğlu Yusif Ələkbərova məxsus olduğu üzə çıxıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Mash Money” Telegram kanalı yazıb.

36 yaşlı Yusif Ələkbərov 1 milyard rubldən baha olan bu avtomobili Münhendən Avrasiya İqtisadi İttifaqı (Aİİ) vasitəsilə gətirib və üzərinə köhnə Moskva region kodu olan "77" ilə "777" nömrəsini taxıb. Mətbuatda yaranan qarışıqlıq da məhz bu nömrələrin əvvəllər Timatiyə, daha sonra isə iş adamının "Rolls-Royce Cullinan"ına məxsus olması ilə bağlı olub. Jurnalistlərin qiymət səhvlərini düzəldən mənbələr bildirir ki, avtomobilin özü 670 milyon rubl, gömrük rüsumu 328 milyon rubl, utilizasiya haqqı isə 4,5 milyon rubl olmaqla ümumi qiymət 1 milyard rublü ötüb. Nəticədə dövlət büdcəsinə 332,5 milyon rubl vəsait daxil olub.

 

"Lukoill"un qurucusu və "Spartak"ın sabiq sahibinin oğlu Rusiyanın ən varlı varisi hesab olunur. Onun qarajında "Bugatti Mistral"la yanaşı, təxminən 350 milyon rubl dəyərində "Bugatti Chiron", həmçinin bir neçə "Ferrari" və "McLaren" modeli də mövcuddur.

 

Avtomobil ilk olaraq Timatiyə aid olduğu iddiası ilə gündəmə gəlmişdi. Bu xəbərdən sonra ictimai xadim Vitali Borodin repçinin milyonluq xərclərini tənqid edərək onu Ukraynadakı hərbi əməliyyat bölgəsinə (SVO) göndərməklə hədələmişdi. Timati isə buna sərt reaksiya vermişdi. Sonradan Borodin məlumatın yalan olduğunu etiraf etsə də, ünvanına gələn sərt cavaba görə repçini məhkəməyə verib. Borodinin indi daha varlı bir şəxsə qarşı eyni addımı atıb-atmayacağı isə sual altındadır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin