Nil Özalp saxlanıldı

Hazırda oxunan: Nil Özalp saxlanıldı

639811

Türkiyəli müğənni Nil Özalp saxlanılıb.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki,  sənətçinin adı ilə bağlı axtarışların artmasına səbəb onun adının maliyyə araşdırması çərçivəsində hallanmasıdır.

İstanbul Baş Prokurorluğunun araşdırması kapital bazarlarında müəyyən fondlarla bağlı əməliyyatlara, şirkətlərə, onların rəhbərlərinə və maliyyə hərəkətlərinə yönəlib. İstintaq çərçivəsində bəzi şəxslər və şirkətlərlə bağlı maliyyə tədbirləri görülüb.

Məlumata görə, Maliyyə Cinayətləri ilə Mübarizə İdarəsinin əməkdaşları Nil Özalpın evində axtarış aparıblar.

Qeyd edək ki, araşdırma davam edir və proses çərçivəsində yeni şəxslərin və şirkətlərin adlarının gündəmə gəlməsi mümkündür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin