Dünyanın DİQQƏTİ Putində: "Valday" Diskusiya Klubunda vacib açıqlamalar verəcək

Hazırda oxunan: Dünyanın DİQQƏTİ Putində: "Valday" Diskusiya Klubunda vacib açıqlamalar verəcək

639831

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, prezident Vladimir Putin bu gün "Valday" Beynəlxalq Diskusiya Klubunun illik iclasında iştirak edəcək və dövlət başçısının mühüm bəyanatlar verməsi gözlənilir.

Bizim.Media xəbər verir ki, bu barədə İNTERFAKS agentliyi yazıb.

Peskov qeyd edib ki, Putin plenar sessiyada ənənəvi çıxış edəcək və bu, bütün dünyanın səbirsizliklə gözlədiyi illik çıxışlardan biridir.

Prezidentin çıxışı və paneldəki müzakirələri Bakı vaxtı ilə saat 17:00-dan sonra baş tutacaq.

Putin "Valday" tədbirindən əlavə, axşama doğru Rusiyanın baş ravvini Berl Lazar və Rusiya Yəhudi İcmaları Federasiyasının prezidenti Aleksandr Boroda ilə görüşməyi planlaşdırır. Həmçinin prezidentin qeyri-rəsmi xarakter daşıyan digər görüşləri də nəzərdə tutulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin