Britaniyada həbsxanalarda yer qalmadı - Məhbusları azadlığa buraxdılar

Hazırda oxunan: Britaniyada həbsxanalarda yer qalmadı - Məhbusları azadlığa buraxdılar

639869

İngiltərə və Uelsdə həbsxanalardakı doluluq böhranını aradan qaldırmaq məqsədilə təxminən 700 məhbus azadlığa buraxılır. Gələn yayadək ümumilikdə təqribən 4500 məhbusun azadlığa buraxılması gözlənilir.

Bizim.Media xəbər verir ki, bu barədə “firstpost.com” saytı yazıb.

Belə ki, həbsxanalarda məhbus sayının 87 499 nəfərə çatması və cəmi 1500 boş yerin qalması səbəbindən yaranan vəziyyət hökuməti bu addımı atmağa məcbur edib. Mövcud templə həftələr ərzində həbsxanalarda yerlərin tam tükənəcəyi ehtimal olunurdu.
 

Təcili tədbir çərçivəsində müəyyən kateqoriyadan olan məhbuslar cəzalarının 50 faizi əvəzinə, üçdə birini (40 faiz yerinə indi üçdə bir) çəkdikdən sonra vaxtından əvvəl azadlığa buraxılmağa namizəd ola bilərlər. Plan mərhələli şəkildə daha uzun müddətə məhkum olunanlara da şamil ediləcək.


Kimlər şamil edilmir: Qətl, adam öldürmə, cinsi cinayətlər və ölümlə nəticələnən yol qəzaları törədən təxminən 18 min məhbus bu proqramdan kənarda saxlanılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin