Emrahın oğlu zaqatalalı qızla evlənibmiş - FOTO/VİDEO

Hazırda oxunan: Emrahın oğlu zaqatalalı qızla evlənibmiş - FOTO/VİDEO

639898

Türkiyəli müğənni Emrahın oğlu Tayfun Erdoğan Azərbaycana gəlib.

Bizim.Media xəbər verir ki, o, Zaqatala rayonundan video paylaşıb. 

Azərbaycana həyat yoldaşı Eda İrapla gələn T.Erdoğan buranın təbiətinin gözəlliyindən danışıb.
 

"Zaqatala, çox gözəlsən. Hər bir yerində ayrı bir iz var, hamısı ilk günki kimi o qədər gözəl görünür ki... Dedim, Doğuş qardaşım gəlir, biz gəlməsək, olmaz".


Qeyd edək ki, Tayfun Erdoğan 2023-cü ildə Eda İrapla ailə həyatı qurub. Sosial mediada iddia olunur ki, onun həyat yoldaşının əsl adı Elnarədir və əslən Zaqatala rayonundandır.

Məlumatlara görə, Emrahın oğlu Zaqatalanın Əliabad kəndindən Elnarə adlı xanımla ailə həyatı qurub. (Mənbə: lent.az)




Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin