Media sahəsində əməkdaşlıq və dezinformasiya müzakirə edildi - FOTO

Hazırda oxunan: Media sahəsində əməkdaşlıq və dezinformasiya müzakirə edildi - FOTO

639886

"Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusunda AQEM Media Forumu çərçivəsində Azərbaycan Respublikası Media və Yayım Şurasının sədri Əhməd İsmayılov ilə bir sıra nümayəndə heyətləri arasında ikitərəfli görüşlər keçirilib

Bizim.Media xəbər verir ki, bu barədə Media və Yayım Şurasından bildirilib.
 

Məlumata görə, Türkiyənin Radio və Televiziya Baş İdarəsinin sədri Mehmet Daniş, Pakistan İslam Respublikasının federal təhsil və peşəkar təlim üzrə dövlət naziri Wajiha Qamar, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibi, səfir Kayrat Sarıbay və Özbəkistan Respublikası Prezidentinin Administrasiyası yanında Kütləvi İnformasiya Vasitələri üçün Məzmunun İstehsalı Mərkəzinin direktoru Kobuljon Axmedov ilə görüşlər təşkil edilib.


Keçirilən görüşlər zamanı müasir informasiya mühitində sürətlə dəyişən kommunikasiya tendensiyalarının media institutları arasında daha sıx əməkdaşlığı və davamlı təcrübə mübadiləsini zəruri etdiyi vurğulanıb. Bu baxımdan media sahəsində qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi və müxtəlif formatlarda birgə layihələrin təşviqinin əhəmiyyəti qeyd olunub.

Eyni zamanda, qlobal informasiya məkanında etimadın qorunması, media savadlılığı, dezinformasiyanın təsirlərinin azaldılması, media məzmununun keyfiyyətinin yüksəldilməsi və rəqəmsal platformaların yaratdığı yeni çağırışlara uyğun yanaşmalar ətrafında fikir mübadiləsi aparılıb.

















Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin