Oktyabrın 1-də Gəncə şəhəri ərazisində yerləşən orta məktəblərdən birində 5 şagirdin qida zəhərlənməsindən xəstəxanaya müraciət etməsi faktı ilə bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.
Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, zəhərlənmənin səbəbinin müəyyən olunması məqsədilə zəruri nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib, eləcə də araşdırma üzrə əhəmiyyət kəsb edən digər hərəkətlər aparılıb.
"Xəstəxanaya müraciət edən şəxslər ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb, səhhətləri normaldır", - məlumatda bildirilib.
Fəridə, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:37 / 01.10.2026
Gəncədə 5 şagirdin zəhərlənməsi ilə bağlı Baş Prokurorluqdan AÇIQLAMA
Hazırda oxunan: Gəncədə 5 şagirdin zəhərlənməsi ilə bağlı Baş Prokurorluqdan AÇIQLAMA
Hazırda oxunan: Gəncədə 5 şagirdin zəhərlənməsi ilə bağlı Baş Prokurorluqdan AÇIQLAMA
639863
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































