Cəlilabadda ev yandı - FOTO

Hazırda oxunan: Cəlilabadda ev yandı - FOTO

639897

Cəlilabad rayonunun Hamarqışlaq kəndində fərdi yaşayış evində yanğın baş verib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, yanğın kənd sakini Rasim Əliyevə məxsus bir mərtəbəli fərdi yaşayış evində qeydə alınıb. Alov qısa müddətdə evin müxtəlif hissələrinə yayılıb.
 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın qısa müddətdə lokallaşdırılıb və alovun ətrafdakı digər tikililərə keçməsinin qarşısı alınıb.


Məlumata görə, evdən heç bir əşyanı çıxarmaq mümkün olmayıb.

Yanğının başvermə səbəbləri və dəymiş ziyanın müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.





Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin