İrəvanda yarımstansiyada güclü yanğın: 2 nəfər zəhərləndi - VİDEO

Hazırda oxunan: İrəvanda yarımstansiyada güclü yanğın: 2 nəfər zəhərləndi - VİDEO

639095

Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidmətinin məlumatına görə, İrəvanda "Ermənistan Elektrik Şəbəkələri" (ENA) şirkətinə məxsus yarımstansiyada yanğın baş verib. Yanğın barədə məlumat saat 17:07-də daxil olub. 

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan mediası yazıb

ENA-nın müvəqqəti rəhbəri Romanos Petrosyanın sözlərinə görə, yarımstansiyada baş verən yanğından sonra İrəvanda təxminən 5000 abonent işıqsız qalıb:

“Yanğın söndürüldükdən sonra ekspert qiymətləndirməsi aparacağıq. Artıq sabah daxili araşdırma təyin olunacaq".

Daha sonra Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan İrəvandakı yarımstansiyada baş verən yanğının lokallaşdırıldığını açıqlayıb.

O bildirib ki, yanğınla mübarizə zamanı iki xilasedici dəm qazından zəhərlənib.

 


Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin