Tanınmış futbolçunun ayaqqabısının dodaq uçuqladan qiyməti - FOTO

Hazırda oxunan: Tanınmış futbolçunun ayaqqabısının dodaq uçuqladan qiyməti - FOTO

638564

“Trabzonspor”un təcrübəli futbolçusu Ozan Tufan ailəsi ilə çəkdirdiyi son fotosu ilə sosial şəbəkələrdə diqqət mərkəzinə düşüb.

Bizim.Media “lent.az”a istinadla xəbər verir ki, futbolçunun paylaşdığı fotoda ən çox diqqət çəkən detal onun qeyri-adi ayaqqabısı olub.
 

İlk baxışdan klassik modeli xatırladan, lakin burun hissəsinin iki yerə ayrılması ilə seçilən ayaqqabı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bəzi istifadəçilər modeli maraqlı hesab etsə də, digərləri futbolçunun seçimini bəyənməyib.


Məlumata görə, Ozan Tufanın geyindiyi ayaqqabının satış qiyməti 80 950 Türkiyə lirəsidir (2 min 820 manat). Ayaqqabının qiyməti də ən az dizaynı qədər diqqət çəkib və sosial şəbəkə istifadəçiləri arasında geniş müzakirə olunub.

Qeyd edək ki, 2021-ci ildə Rojin Tufanla ailə həyatı quran Ozan Tufanın bir il sonra oğlu dünyaya gəlib. Şəxsi həyatlarını mediadan uzaq yaşamağa üstünlük verən cütlük zaman-zaman ailə fotolarını sosial şəbəkələrdə paylaşır.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin