Ötən ildən tikintisinə başlanan Pirşağı-Xırdalan-Novxanı-M4 yolunun tikintisi ilə əlaqədar Saray-Masazır, qismən Novxanı yolunun bir hissəsi məhdudlaşdırıldığına görə, sürücülər bir müddətdir ki, çətinlik çəkirdilər. Saray-Masazır-Novxanı istiqamətində hərəkət edən sürücülər yollarını dəyişməli, uzatmalı olduqları üçün işlərin yekunlaşdırılmasını səbirsizliklə gözləyirlər. Bu günə qədər aparılmış müntəzəm işlərə görə artıq tikintinin böyük hissəsi başa çatıb. Hətta Masazır istiqamətində salınmış tuneldə hərəkət bərpa edilib, yeni əlavə yollar hamarlaşdırılıb.
İlk baxışda bitmək üzrə görünən yol tikintisinin nəzərdə tutulan 2027-ci ildən öncə təhvil verilməsi mümkündürmü?
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Bizim.Media-ya verilən məlumata görə, Pirşağı-Xırdalan-Novxanı-M4 avtomobil yolunda tikinti və yenidənqurma işləri müvafiq Dövlət Proqramı çərçivəsində təsdiq edilmiş layihə və iş qrafikinə uyğun olaraq mərhələli şəkildə davam etdirilir.
Layihənin icrası zamanı görülən işlərin ardıcıllığı, ərazidə mövcud mühəndis-kommunikasiya xətlərinin vəziyyəti, ayrı-ayrı yol hissələrində aparılan tikinti-quraşdırma işlərinin həcmi, eləcə də digər texniki amillər nəzərə alınır. Bu səbəbdən işlərin intensivliyi ayrı-ayrı hissələr üzrə fərqli ola bilər. Hazırda layihə üzrə nəzərdə tutulan işlər təsdiqlənmiş qrafikə uyğun icra olunur. Yolun tam başa çatdırılması və istifadəyə verilməsi müddəti də Dövlət Proqramında və layihə üzrə müəyyən edilmiş icra qrafikinə uyğun şəkildə tənzimlənir.
Qeyd edək ki, layihə çərçivəsində 9 yol qovşağı, 13 yol ötürücüsü, 1 kanal körpüsü və 2 açıq-qapalı tunel tipli yol ötürücüsünün tikintisi nəzərdə tutulub.
Hazırda: 4 körpü üzrə işlərin 90%-i, 1 körpü üzrə 80%-i, 2 qovşaq körpüsü üzrə 76%-i, 1 qovşaq körpüsü üzrə 45%-i, 1 qovşaq körpüsü üzrə isə 5%-i, 1 tunel tipli yol ötürücüsünün tikintisi üzrə 85%-i yerinə yetirilib.
Şəfiqə Şəfa, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:10 / 24.09.2026
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Hazırda oxunan: Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Hazırda oxunan: Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
638533
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































