“Birliyin Gücü - 2026" birgə hərbi təliminin hazırlıq məşqləri keçirildi - FOTO/VİDEO

Hazırda oxunan: “Birliyin Gücü - 2026" birgə hərbi təliminin hazırlıq məşqləri keçirildi - FOTO/VİDEO

638567

"Birliyin Gücü - 2026" birgə hərbi təlimində şərti terrorçuların ələ keçirdiyi gəminin və girovların azad edilməsi tapşırığı icra olunub.

Bizim.Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Xəzər dənizinin Azərbaycana məxsus akvatoriyasında yerləşən "Böyük Zirə" təlim sahəsində təşkil olunan təlimdə Hərbi Dəniz Qüvvələrinin gözətçi və desant gəmiləri cəlb olunub. Hazırlıq prosesində hər üç ölkənin hərbi qulluqçuları fəal iştirak ediblər.
 

Təlimdə dəniz və sahil infrastrukturunun mühafizəsi, terrorçular tərəfindən ələ keçirilmiş gəminin və girovların azad edilməsi, ərazinin minalardan təmizlənməsi, adaya dəniz desantının çıxarılması, terrorçu bazasının məhv edilməsi, eləcə də yaralıya ilkin tibbi yardımın göstərilməsi və təxliyəsi üzrə tapşırıqlar yerinə yetirilib.


Qeyd edək ki, təlimin əsas məqsədi dost və müttəfiq ölkələrin orduları arasında xüsusi əməliyyatların keçirilməsi sahəsində təcrübə mübadiləsinin aparılması, qarşılıqlı fəaliyyətlərin təşkili üzrə bacarıqların təkmilləşdirilməsidir.













Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin