10 il ərzində 2 yeni qızıl yatağının kəşf edilməsi, 4 qızıl mədəninin və 1 regional sənaye kompleksinin istifadəyə verilməsi, eləcə də yeni fəaliyyət istiqamətlərinin formalaşdırılması ilə "AzerGold" QSC hasilat, istehsal və gəlir imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib.
Bizim.Media xəbər verir ki, bunu "AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov bu gün keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, şirkətin bu dövr ərzində həyata keçirdiyi fəaliyyət nəticəsində cari ilin avqust ayınadək ölkə iqtisadiyyatına 2,2 milyard manat gəlir, dövlət büdcəsinə isə 316,3 milyon manat vergi ödənişi təmin edilib:
"Bu göstəricilər ölkənin qeyri-neft sənayesinin inkişafına, ixrac potensialının artırılmasına və dövlət gəlirlərinin formalaşmasına verilən töhfəni əks etdirir".
Z. İbrahimov bildirib ki, bu illər ərzində əldə edilən nəticələr əsasında dövlətin bu sahəyə diqqəti və xüsusi qayğısı nəticəsində Dövlət Proqramının icrası və Azərbaycanda müasir dağ-mədən sənayesinin genişləndirilməsi üçün artıq müəyyən edilmiş baza və institusional təcrübə mövcuddur. (Report.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:44 / 24.09.2026
Zakir İbrahimov: "10 il ərzində 2 yeni qızıl yatağı kəşf edilib”
Hazırda oxunan: Zakir İbrahimov: "10 il ərzində 2 yeni qızıl yatağı kəşf edilib”
Hazırda oxunan: Zakir İbrahimov: "10 il ərzində 2 yeni qızıl yatağı kəşf edilib”
638531
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































