Bakının Formula 1 qalibləri - TAM SİYAHI

Hazırda oxunan: Bakının Formula 1 qalibləri - TAM SİYAHI

638565

Bakıda Formula 1 üzrə Azərbaycan Qran-Prisi keçirilir. Bakı Şəhər Halqasında təşkil olunan yarışın builki mərhələsi bu gün start götürüb. Yarış həftəsinin ilk günündə sərbəst yürüşlər keçirilir, sabah sıralanma turu, sentyabrın 26-da isə əsas yarış baş tutacaq.

Bizim.Media “modern.az”a istinadla xəbər verir ki, Bakı artıq 10-cu dəfə Formula 1 yarışına ev sahibliyi edir.

Şəhərdə ilk Formula 1 yarışı 2016-cı ildə Avropa Qran-Prisi adı ilə keçirilib. Həmin yarışda “Mercedes” pilotu Niko Rosberq qalib gəlib. 2017-ci ildən isə yarış Azərbaycan Qran-Prisi adı ilə keçirilir.

İndiyədək Bakıda keçirilən Formula 1 yarışlarının qalibləri belə olub:

2016 - Niko Rosberq - Mercedes

2017 - Daniel Rikkiardo - Red Bull

2018 - Luis Hemilton - Mercedes

2019 - Valtteri Bottas - Mercedes

2020 - Yarış keçirilmədi

2021 - Serxio Perez - Red Bull

2022 - Maks Verstappen - Red Bull

2023 - Serxio Perez - Red Bull

2024 - Oscar Piastri - McLaren

2025 - Maks Verstappen - Red Bull

Qeyd edək ki, 2020-ci ildə Azərbaycan Qran-Prisi COVID-19 pandemiyası səbəbindən keçirilməyib. Pandemiya ilə əlaqədar Formula 1 təqvimində dəyişikliklər edilib və Bakı yarışı həmin il ləğv olunub. Yarış 2021-ci ildə yenidən keçirilib.

2026-cı il Azərbaycan Qran-Prisinin qalibi isə əsas yarış başa çatdıqdan sonra məlum olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin