"Azərbaycan dövlət büdcəsinin əsas xərc istiqamətləri büdcə siyasəti qarşısında dayanan çağırışlar və sosial-iqtisadi hədəflər əsas götürülməklə ortamüddətli resurs zərfinə uyğun olaraq Milli Xərc Prioritetləri əsasında hazırlanıb".
Bizim.Media xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Nazirlər Kabinetində onun sədrliyi ilə keçirilmiş iclasda bildirib.
Hökumət başçısının sözlərinə görə, 2027-2030-cu illərdə dövlət büdcəsi xərclərinin əsas prioritet istiqamətləri dayanıqlı iqtisadi artımın dəstəklənməsi, işğaldan azad olunmuş ərazilərdə yenidənqurma, bərpa və məskunlaşdırma tədbirlərinin davam etdirilməsi, müdafiə və milli təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, sosial müdafiə və sosial təminat istiqamətində tədbirlərin davamlı icrası, rəqəmsal inkişafın, süni intellektin və innovativ texnologiyaların tətbiqinin sürətləndirilməsi, təhsilin və innovativ inkişafın dəstəklənməsi, səhiyyə sisteminin və tibbi xidmətlərin keyfiyyətinin və səmərəliliyinin yüksəldilməsi, təmiz ətraf mühit və "yaşıl artım"ın təmin olunmasıdır.
Bizim.Media

- A-
- A
- A+
İqtisadiyyat
16:21 / 24.09.2026
Yaxın 4 ildə dövlət büdcəsi xərclərinin ƏSAS PRİORİTET istiqamətləri
Hazırda oxunan: Yaxın 4 ildə dövlət büdcəsi xərclərinin ƏSAS PRİORİTET istiqamətləri
Hazırda oxunan: Yaxın 4 ildə dövlət büdcəsi xərclərinin ƏSAS PRİORİTET istiqamətləri
638520
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































