Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu ilin yanvar-avqust aylarında pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımı üzrə əhaliyə 7 milyard manat vəsait ödənilib.
Bizim.Media xəbər verir ki, bununla bağlı ƏƏSMN məlumat yayıb.
O cümlədən, 8 ayda pensiyalar üzrə 5 milyard 222 milyon manat, müavinətlər üzrə 961 milyon manat, təqaüdlər üzrə 542 milyon manat, ünvanlı dövlət sosial yardımı üzrə 270 milyon manat vəsait ödənişi həyata keçirilib.
Bu ilin yanvar-avqust aylarında pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımı üzrə ödənilən vəsait ötən ilin müvafiq dövrünə nisbətən 633 milyon manat (10 faiz) çox olub.

Bizim.Media

- A-
- A
- A+
İqtisadiyyat
12:05 / 24.09.2026
Bu il əhaliyə 7 milyard manat ödənilib – FOTO
Hazırda oxunan: Bu il əhaliyə 7 milyard manat ödənilib – FOTO
Hazırda oxunan: Bu il əhaliyə 7 milyard manat ödənilib – FOTO
638457
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































