Ceyhun Bayramov Mihai Popşoyla görüşdü - FOTO

Hazırda oxunan: Ceyhun Bayramov Mihai Popşoyla görüşdü - FOTO

638558

BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov moldovalı həmkarı Mihai Popşoyla görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkə hesabında paylaşım edilib.

Nazirlər iki ölkə arasında strateji tərəfdaşlığının gündəliyini nəzərdən keçirib, yüksək səviyyəli siyasi dialoqun davam etdirilməsinin və beynəlxalq təşkilatlar, o cümlədən BMT, ATƏT və s. çərçivəsində qarşılıqlı dəstəyin dərinləşdirilməsinin vacibliyini vurğulayıblar.

Daha geniş regional təhlükəsizlik barədə fikir mübadiləsi aparılıb.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin