Goranboyda vətəndaşlarla təhsil sektorunun əməkdaşı arasında insident yaşanıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, bu günlərdə vətəndaş tərəfindən lentə alınan görüntüdə Goranboy rayonunun Təhsil Sektorunun inzibati binasında, sektor müdiri Vüsal Cəfərovun qəbuluna gələn vətəndaşla qurumun əməkdaşı Seymur Həsənov arasında insident baş verdiyi göstərilir.
Görüntülərdə S. Həsənovun vətəndaşlardan birinə hücum etməyə çalışdığı və digər sakinlər tərəfindən isə sakitləşdirildiyi görünür.
Məsələ ilə bağlı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilib ki, hadisə Goranboy şəhəri 1 nömrəli tam orta ümumtəhsil məktəbində bəzi siniflərin ikinci növbəyə keçirilməsi ilə bağlı bir qrup valideynin vətəndaş qəbulu zamanı növbədən kənar qəbul otağına daxil olması zamanı baş verib:
"Həmin vaxt vətəndaş qəbulu prosesi həyata keçirildiyindən, növbə qaydalarına riayət etmədən qəbul otağına daxil olan valideynlərlə vətəndaş qəbulunu təşkil edən sektor əməkdaşı arasında münaqişə yaranıb. Hazırda hadisə ilə bağlı daxili araşdırma aparılır" deyə məlumatda bildirilib.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

- A-
- A
- A+
Cəmiyyət
14:56 / 24.09.2026
Goranboyda vətəndaşlarla təhsil sektorunun əməkdaşı arasında insident – ANBAAN VİDEO
Hazırda oxunan: Goranboyda vətəndaşlarla təhsil sektorunun əməkdaşı arasında insident – ANBAAN VİDEO
Hazırda oxunan: Goranboyda vətəndaşlarla təhsil sektorunun əməkdaşı arasında insident – ANBAAN VİDEO
638505
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































