Qazaxıstanda Xəzər dənizində keçirilən təlimlər zamanı 9 hərbçi həlak olub.
Bizim.Media xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 19 hərbi qulluqçu təlimlər zamanı dənizə aparılıb, onlardan doqquzu həlak olub.
Qazaxıstan Baş Prokurorluğunda fakt üzrə istintaq qrupu yaradılıb.
Hadisənin bütün hallarını hərtərəfli, tam və obyektiv şəkildə müəyyən etmək üçün bir sıra istintaq hərəkətləri aparılır. Lazımi məhkəmə-tibbi ekspertizaları təyin edilib.
İstintaqın gedişatı xüsusi nəzarət altındadır.
Qeyd edək ki, 24 sentyabr Xəzərdə “Xəzər qorğanı – 2026” təliminin keçirilirdi. Qazaxıstan Müdafiə Nazirliyi sentyabrın 24-də Xəzər dənizi sahilindəki Manqistau bölgəsində keçirilən hərbi dəniz təlimi zamanı hava şəraitinin kəskin pisləşməsi və küləyin güclənməsi səbəbindən dəniz dalğalarının 19 hərbçini apardığını bildirmişdi.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:46 / 24.09.2026
Xəzərdə təlimlər zamanı 9 qazaxıstanlı hərbçi həlak oldu
Hazırda oxunan: Xəzərdə təlimlər zamanı 9 qazaxıstanlı hərbçi həlak oldu
Hazırda oxunan: Xəzərdə təlimlər zamanı 9 qazaxıstanlı hərbçi həlak oldu
638503
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































