Zəngilan rayonunda daha bir kənd inşa edilir - FOTO

Hazırda oxunan: Zəngilan rayonunda daha bir kənd inşa edilir - FOTO

638472

Zəngilan rayonunun Cahangirbəyli kəndi 179,54 hektar ərazidə layihələndirilib və tikinti işlərinə mərhələli şəkildə başlanılıb.

Bizim.Media xəbər verir ki, birinci mərhələdə 62,57 hektar ərazidə 242 fərdi yaşayış evinin tikintisi həyata keçirilir.

Bu mərhələdə iki, üç, dörd və beşotaqlı evlərin inşası nəzərdə tutulub. Birinci mərhələ üzrə tikilən fərdi yaşayış evlərindən 162-si birmərtəbəli evlərdir. Bu evlərin 54-ü ikiotaqlı, 108-i isə üçotaqlıdır.

İkimərtəbəli evlərin sayı isə 80-dir. Onlardan 70-i dördotaqlı, 10-u isə beşotaqlıdır. Beləliklə, kənddə müxtəlif ailələrin tərkibinə və yaşayış ehtiyaclarına uyğun yaşayış evləri inşa edilir.

Həmçinin hər bir fərdi yaşayış evi üçün ayrıca təsərrüfat sahəsinin və təsərrüfat tikilisinin yaradılması da nəzərdə tutulub.

Qeyd olunub ki, Cahangirbəyli kəndi müasir yaşayış məntəqəsi kimi layihələndirilib. Burada sakinlərin gündəlik yaşayışını təmin edəcək sosial və ictimai infrastrukturun yaradılması da diqqətdə saxlanılır.

Kənddə inzibati və çoxfunksiyalı binalar, bazar kompleksi, 264 şagird yerlik məktəb binası və 80 yerlik uşaq bağçasının inşası nəzərdə tutulub.

Burada məqsəd yalnız yaşayış evlərinin inşası deyil, sakinlərin rahat və əlverişli yaşayışı üçün tam və müasir yaşayış mühitinin formalaşdırılmasıdır.

Hazırda kənd ərazisində mühəndis-kommunikasiya və yol infrastrukturunun yaradılması istiqamətində işlər davam etdirilir.

Yol və səki şəbəkəsi üzrə işlər görülür, köməkçi tikililər və hasarlanma işləri üzrə icra olunur.Cahangirbəyli kəndinin yağış və sel sularından mühafizəsi ilə bağlı layihələndirmə işləri artıq yekunlaşdırılıb.
 

Bununla yanaşı, tikinti prosesində əsas diqqət görülən işlərin layihə və normativ tələblərə uyğunluğuna, istifadə olunan materialların keyfiyyətinə və işlərin texniki tələblərə uyğun yerinə yetirilməsinə yönəldilir. İşlərin hər mərhələsində texniki nəzarət həyata keçirilir və keyfiyyət göstəriciləri diqqətdə saxlanılır.


Cahangirbəyli kəndində məqsəd yalnız yeni yaşayış evləri tikmək deyil, insanların rahat, təhlükəsiz və müasir şəraitdə yaşayacağı bütöv bir yaşayış məntəqəsi formalaşdırmaqdır. Hazırda bu istiqamətdə tikinti və abadlıq işləri mərhələli şəkildə davam etdirilir.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin