“Neftçi”x9d klubu 179-cu pilləyə düşüb.
UEFA növbəti dəfə klubların reytinq siyahısını açıqlayıb.
Moderator.az xəbər verir ki, Publika.az xəbər verir ki, bu barədə beynəlxalq qurumun rəsmi saytı məlumat yayıb. Siyahıda 454 komanda yer alıb. Həmin siyahıda Azərbaycan 7 klubla təmsil olunub.
“Qarabağ”x9d klubu reytinqdə 6 pillə irəliləyib. Ağdam təmsilçisi hazırda 10.450 xalla 158-ci pillədə yer alır.
“Neftçi”x9d klubu isə geriləyərək 8.950 xalla 179-cu pilləyə düşüb.
Reytinq cədvəlinə yenə də “Real”x9d (Madrid) klubu liderlik edir. “Barselona”x9d ikinci, “Bavariya”x9d isə üçüncü pillədədir.
Ölkələrin reytinqində isə Azərbaycanın mövqeyində heç bir dəyişiklik olmayıb. "Xalını 12.250-ə çatdıran ölkəmiz reytinqdə 29-cu yerdə qərar tutub.
Ümumilikdə avrokuboklarda son beş mövsümün (2010/11, 2011/12, 2012/13, 2013/14 və 2014/15) nəticələrinə əsasən hazırlanan siyahıda komandalarımızın mövqeyi aşağıdakı kimidir:
158. “Qarabağ”x9d (+6)
175. “Neftçi”x9d (-4)
271. “İnter”x9d (0)
298. “Xəzər Lənkəran”x9d (+1)
338. “Bakı”x9d (+3)
359. “Qəbələ”x9d (+4)
362. AZAL (+3)





































































































