Ətrafda vızıldayan milçəklərdən, divarda, masanın üstündə qaçan böcəklərdən qıcıqlandırıcı başqa bir şey yoxdur.
Bizim.Media xəbər verir ki, bu ürəkbulandıran həşəratları dəf etmək üçün evinizdə aşağıdakı bitkiləri əkməyiniz yetərlidir.
Reyhan
Güclü ətri olan bu bitki əsasən milçəkləri və ağcaqanadları dəf edir.
Lavanda
Lavandanın qoxusu insan hisslərinə sakitləşdirici, xoş təsir göstərə bilər, lakin həşəratlar üçün xoşagəlməzdir.
Adaçayı (şalfey)
Adaçayı günəş altında yaxşı inkişaf edir və milçəkləri, qarışqaları, ağcaqanadları yox edir.
Nanə
Bu bitki müxtəlif həşəratları dəf etməsi ilə tanınır. Onları xüsusən də asılmış səbətlərdə böyümək idealdır.
Rozmarin
Rozmarininin aromatik yarpaqları yalnız yeməklərinizə xüsusi bir dad qatmır, həm də həşəratları uzaqlaşdırır.
Dəfnə yarpağı
Dəfnə yarpaqlarının xarakterik qoxusu nəinki milçəkləri, tarakanları hətta siçanları da qaçırdır.
Maraqlıdır niyə insanların xoşuna gələn bitki qoxularını həşəratlar sevmir?
İnsanların xoş və “təravətli” hesab etdiyi bir çox bitki qoxusu əslində bitkinin özünü qoruma sistemi üçün yaranıb. Reyhan, nanə, rozmarin və dəfnə kimi aromatik bitkilər havaya çoxlu uçucu kimyəvi maddələr buraxır; bunlara “efir yağları” deyilir. Həşəratların çoxunda bu maddələr çaşdırıcı təsir göstərir.
Məsələn, ağcaqanad insanı tapmaq üçün tər qoxusunu izləyir, böcəklər qida qoxusuna gəlir, milçəkləri karbon qazı cəzb eləyir. Güclü bitki qoxuları bu siqnalları “maskalayır”.
Şəfiqə Şəfa, Bizim Media

- A-
- A
- A+
Cəmiyyət
17:04 / 19.05.2026
Bezdirici milçək və həşəratlardan qurtulmağın TƏK ÜSULU
Hazırda oxunan: Bezdirici milçək və həşəratlardan qurtulmağın TƏK ÜSULU
Hazırda oxunan: Bezdirici milçək və həşəratlardan qurtulmağın TƏK ÜSULU
614155
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































