Azərbaycan dili imtahanında iştirak etməyənlərə ikinci şans veriləcək – DİM-dən AÇIQLAMA/ÖZƏL

Hazırda oxunan: Azərbaycan dili imtahanında iştirak etməyənlərə ikinci şans veriləcək – DİM-dən AÇIQLAMA/ÖZƏL

614098

Azərbaycan dili fənni üzrə 1-ci test imtahanında iştirak edə bilməyən bu ilin məzunları da təkrar keçiriləcək 2-ci imtahana qatıla biləcəklər.

Dövlət İmtahan Mərkəzindən (DİM) Bizim.Media-ya verilən məlumata görə, 1-ci imtahandan qeyri-məqbul qiymət alanlarla yanaşı müxtəlif səbəblərdən imtahana gəlməyənlərə də şans verilir.

Beləliklə, 25 may - 2 iyun tarixlərində qeydiyyatdan keçib 21 iyunda ikinci imtahana girə bilərlər. Eyni zamanda, imtahandan "qeyri-məqbul" alanlar da iyunun 21-də keçiriləcək imtahanda iştirak edəcəklər.  

Xatırladaq ki, imtahanda iştirakı nəzərdə tutulan 29182 nəfərdən 477 nəfəri ümumiyyətlə imtahana gəlməyib.

Ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün isə abituriyentlərin balı 50 və daha yuxarı olduqda "məqbul" qiymət almış hesab olunurlar. Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları imtahanda 30 bal toplaya bilərlər. Abituriyentin "məqbul" alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.

Qeyd edək ki,  2026-cı il 3 may tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən tədris Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri, həmçinin ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları üçün Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə test imtahanı keçirilib.

İmtahanda iştirakı nəzərdə tutulan 29182 nəfərdən 477 nəfər imtahana gəlməyib.

Şəfiqə Şəfa, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin