Bakıdan deport olunan yazıçı haqda qərar ləğv edildi

Hazırda oxunan: Bakıdan deport olunan yazıçı haqda qərar ləğv edildi

614214

Ötən gün ölkəyə giriş üçün əvvəlcədən viza almağı unutması səbəbindən Heydər Əliyev Beynəlxalq Hava Limanından İrana deport olunan güneyli yazar Əli Çağla ilə bağlı məsələ həll olunub.

Bizim.Media xəbər verir ki, bu barədə Əli Çağla özü məlumat yayıb.

O bildirib ki, bu gün Azərbaycanın Tehrandakı səfirliyinə müraciət edib, nəticədə deportasiya ilə bağlı problem həll olunub.

“Artıq vizanı alıb, Azərbaycana səfər edə bilərəm”, - o yazıb.
 

Qeyd edək ki, Əli Çağla 22-26 may tarixlərində keçiriləcək VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalına dəvətlidir və iştirak üçün ötən gün Bakıya gəlmişdi. Ancaq yeni qaydalara görə, artıq hava limanında viza almaq imkanı yoxdur, viza bir neçə gün öncədən onlayn müraciətlə alınmalıdır. Bu səbəbdən Əli Çağla İrana deport olunmuşdu.


Deport olunan şəxsin ölkəyə girişi bəlli müddət üçün qadağan edilir. Buna görə də Əli Çağla Azərbaycan səfirliyindən yardım istəmişdi. (kult.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin