İcra başçısı yol-infrastruktur layihələrinin icra vəziyyəti ilə yerində tanış olub
Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov mayın 18-də RİH başçısı Aparatının bir qrup məsul əməkdaşı ilə birlikdə rayon ərazisində müşahidə olunmuş intensiv yağıntılardan sonra yararsız vəziyyətə düşmüş ərazilərdə olub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, icra başçısı Sudur və Quxur kəndlərinə gedən avtomobil yolunda “Evrascon” şirkəti tərəfindən aparılan bərpa işləri ilə yerində tanış olub.
O, görülən işlərin keyfiyyəti və işin başa çatdırılması müddəti ilə maraqlanıb, məsul şəxslərdən ətraflı məlumat alıb. Hazırda ərazidə bərpa işləri davam etdirilir.
İcra başçısı Düztahir kəndindən Yuxarı Tahircal kəndinə, o cümlədən Arçan kəndindən Kuzun kəndinə gedən istiqamətdə açılmış alternativ torpaq yollarında aparılan işlərlə də tanış olub.
Daha sonra Düztahir və Arçan kəndlərində sakinlərlə görüş keçirilib. Görüşdə infrastruktur məsələləri, əhalinin gündəlik qayğıları, o cümlədən Düztahir kəndinin qazlaşdırılması məsələləri müzakirə olunub.





Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

- A-
- A
- A+
Cəmiyyət
15:56 / 19.05.2026
Seldən sonra yararsız hala düşmüş Qusarın kənd yolları BƏRPA OLUNUR – FOTO
Hazırda oxunan: Seldən sonra yararsız hala düşmüş Qusarın kənd yolları BƏRPA OLUNUR – FOTO
Hazırda oxunan: Seldən sonra yararsız hala düşmüş Qusarın kənd yolları BƏRPA OLUNUR – FOTO
614134
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



























































































