Futbol tarixində görünməmiş rekord!
Portuqaliya millisinin əfsanəsi Kriştianu Ronaldu rəsmən DÇ-2026-nın heyətinə daxil edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Portuqaliya Futbol Federasiyası məlumat yayıb.
Belə ki, Mundialda ölkəsini təmsil edəcək yekun siyahıda 27 ulduz futbolçunun adı yer alıb.
Bununla da o, planetin ən nüfuzlu turnirində düz 6 fərqli onillikdə/mərhələdə çıxış edən ilk futbolçu olaraq tarix yazacaq. 41 yaşlı ulduz hücumçu bu çağırışla karyerasında unikal bir göstəriciyə imza ataraq altıncı dəfə dünya çempionatında iştirak etmək şansı qazanıb.
Xatırladaq ki, Ronaldu 2006, 2010, 2014, 2018 və 2022-ci illərdə keçirilən mundiallarda da Portuqaliya formasını qürurla qoruyub.
Bizim.Media





































































































