Son 48 saat ərzində BƏƏ-nin hava hücumundan müdafiə (HHM) sistemləri mülki və strateji obyektləri hədəf alan 6 "düşmən" dronunu zərərsizləşdirib.
Bizim.Media xəbər verir ki, bu barədə BƏƏ Müdafiə Nazirliyi açıqlama yayıb. Məlumatda bildirilib ki, hücum nəticəsində tələfat və xəsarət alan olmayıb.
Bundan əlavə, nazirlikdən qeyd olunub ki, aparılan araşdırma mayın 17-də "Barakah" AES-ə yönəlmiş hər üç dronun İraq ərazisindən atıldığını təsdiqləyib.
"Müdafiə Nazirliyi silahlı qüvvələrin dövlətin təhlükəsizliyinə və milli maraqlarına yönəlmiş istənilən təhdidin qarşısını almağa tam hazır olduğunu vurğulayır", — deyə bəyanatda bildirilib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
20:20 / 19.05.2026
BƏƏ-yə İraqdan 6 dron atıldı
Hazırda oxunan: BƏƏ-yə İraqdan 6 dron atıldı
Hazırda oxunan: BƏƏ-yə İraqdan 6 dron atıldı
614203
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































