Şəhid anası və keçmiş döyüşçü Züleyxa Davudova vəfat edib - FOTO/VİDEO

Hazırda oxunan: Şəhid anası və keçmiş döyüşçü Züleyxa Davudova vəfat edib - FOTO/VİDEO

614181

Ana, müəllim, keçmiş döyüşçü, şəhid anası, Zaqatalada çoxlarının “dayı” deyə çağırdığı, bölgənin ilk qadın taksi sürücüsü Züleyxa Davudova bu gün uzun sürən xəstəlikdən sonra haqqın dərgahına qovuşub.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Birinci Qarabağ müharibəsinin şəhidi Zaqataladan olan “Rembo” ləqəbli Azad Davudovun anası Züleyxa müəllim vəfat edib.

Oğlu Azadın keçdiyi şanlı döyüş yolundan ilhamlanan Züleyxa müəllimin də illərdi əyilməz qaməti, hamıya örnək olacaq əməlləri çoxlarına bəllidir.

Keçmiş döyüşçü, şəhid anası artıq 32 ildir ki, 8 Mart - Beynəlxalq Qadınlar gününü oğlunun məzarı başında qeyd edirdi.
 

Zaqatalada çoxlarının “Dayı” deyə çağırdığı şəhid anası Züleyxa Davudova, həm də bölgənin ilk qadın avtomobil sürücüsü kimi tanınırdı. O, 40 ilə yaxın müddətdə avtomobil idarə edirdi.


Üç övlad anası olan Züleyxa Davudova ali təhsilli pedaqoq olub. Uzun illər Aşağı Tala kənd 1 nömrəli məktəbdə dərs deyib.








Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin