ABŞ vətəndaşlarına ÇAĞIRIŞ etdi: bu ölkələrə səfər etməyin!

Hazırda oxunan: ABŞ vətəndaşlarına ÇAĞIRIŞ etdi: bu ölkələrə səfər etməyin!

614191

Amerika Birləşmiş Ştatları (ABŞ) Dövlət Departamenti amerikalıları Afrikada Ebola xəstəliyinin yayıldığı ölkələrə səfər etməməyə çağırıb.

Bizim.Media xəbər verir ki, departamentin yenilənmiş səfər xəbərdarlığında əhaliyə hər hansı səbəbdən Konqo Demokratik Respublikasına, Cənubi Sudana və ya Uqandaya səyahət etməmək, həmçinin Ruandaya səyahətlərini yenidən nəzərdən keçirmək tövsiyə olunub.
 

Departamentin Konqo Demokratik Respublikası, Cənubi Sudan və Uqanda üçün səyahət tövsiyəsi artıq 4-cü səviyyəyə, yəni qətiyyən səyahət etməmək xəbərdarlığı səviyyəsinə çatdırılıb. Ruanda üçün səyahət tövsiyəsi isə 3-cü səviyyədə qalaraq, səyahəti yenidən nəzərdən keçirmək çağırışı edilib.


Artıq Konqo Demokratik Respublikasında çalışan bir amerikalı həkimin Ebola virusuna yoluxduğu təsdiqlənib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin