Donald Tramp Çin lideri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinə Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) qarşı birgə mübarizə aparmaq üçün gücləri birləşdirməyi təklif edib.
Bizim.Media xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumatlı mənbələrə istinadən xəbər yayıb.
Nəşrin yaydığı məlumatda qeyd olunur ki, sözügedən təklif ikitərəfli görüş zamanı səsləndirilib:
"Görüş zamanı Tramp ABŞ, Çin və Rusiyanın maraqlarının üst-üstə düşdüyünü bildirərək, Beynəlxalq Cinayət Məhkəməsinə qarşı mübarizədə səyləri birləşdirməyi təklif edib".
Qeyd edək ki, hər üç dövlət — ABŞ, Rusiya və Çin Beynəlxalq Cinayət Məhkəməsinin əsasını qoyan Roma Statutunun iştirakçısı deyillər və rəsmi olaraq bu məhkəmənin yurisdiksiyasını tanımırlar.
Bizim.Media

- A-
- A
- A+
Dünya
18:00 / 19.05.2026
Tramp Si Cinpin və Putinə BCM-ə qarşı birləşməyi təklif etdi
Hazırda oxunan: Tramp Si Cinpin və Putinə BCM-ə qarşı birləşməyi təklif etdi
Hazırda oxunan: Tramp Si Cinpin və Putinə BCM-ə qarşı birləşməyi təklif etdi
614173
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































