Anar Quliyev WUF13-ün nə ilə yekunlaşacağını AÇIQLADI

Hazırda oxunan: Anar Quliyev WUF13-ün nə ilə yekunlaşacağını AÇIQLADI

614190

WUF13 “Bakı Fəaliyyət Çağırışı” ilə yekunlaşacaq.

Bizim.Media “apa.az”a istinadla xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13 cü sessiyası (WUF13) çərçivəsində Türk Dövlətləri Təşkilatının (TDT) Yüksək Səviyyəli Şəhər Dialoqunda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.
 

O qeyd edib ki, bu sənəd mənzil, dayanıqlı urban inkişafı üzrə gələcək istiqamətləri müəyyən edəcək.


Anar Quliyev Azərbaycanda yenidənqurma sahəsində aparılan işlərdən də danışıb:

“Bu sahədə Qarabağ və Şərqi Zəngəzurun bərpası xüsusi əhəmiyyət daşıyır. Uzun illər işğal və dağıntılardan sonra biz sadəcə əvvəlkini bərpa etmirik, “build back better” prinsipi ilə tamamilə yeni şəhərlər və kəndlər qururuq. Bu model “ağıllı şəhər”, “ağıllı kənd”, “yaşıl enerji”, insan mərkəzli dizayn prinsiplərinə əsaslanır. İqlim və “yaşıl tikinti” sahəsində isə beynəlxalq maliyyə institutları ilə birlikdə Azərbaycanın “yaşıl tikinti” yol xəritəsini hazırlayırıq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin