“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Kiyev “Dinamo”suna qarşı keçirəcəkləri cavab görüşündən danışıb.
Bizim.Media xəbər verir ki, o, matça yaxşı hazırlaşdıqlarını bildirib.
“Əvvəlcə dünənki qələbə münasibətilə “Sabah”ı təbrik edirəm. Çempionlar Liqasında da uğurlar arzulayıram. Böyük uğurdur, buna ancaq sevinməliyik. Özümüzə gəldikdə, pis hazırlaşmamışıq. Bir neçə gün yaxşı vaxtımız oldu, səmərəli istifadə edə bildik.
0:1 geridə olsaq da, çalışacağıq ki, yaxşı nəticə əldə edək. İnanıram ki, futbolçular oyuna tam köklənəcəklər. Qarşımızda yaxşı müdafiə olunan rəqib var, amma inanıram ki, yaxşı nəticə üçün futbolçular ən yaxşısını əldə edəcəklər”, - Q.Qurbanov qeyd edib. (Qafqazinfo.az)
Bizim.Media

- A-
- A
- A+
İdman
15:15 / 12.08.2026
“Sabah”ın qazandığı böyük uğurdur, buna sevinməliyik”- Video
Hazırda oxunan: “Sabah”ın qazandığı böyük uğurdur, buna sevinməliyik”- Video
Hazırda oxunan: “Sabah”ın qazandığı böyük uğurdur, buna sevinməliyik”- Video
630725
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































