"Sabah"ın futbolçusu: Meydanda böyük iradə və əzm nümayiş etdirdik

Hazırda oxunan: "Sabah"ın futbolçusu: Meydanda böyük iradə və əzm nümayiş etdirdik

630622

Çətin oyun oldu, amma böyük iradə və əzm nümayiş etdirərək meydandan qələbə ilə ayrıldıq.

Bizim.Media xəbər verir ki, bu sözləri “Sabah”ın futbolçusu Timoteuş Puxaç UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Masazırda “Orxus”u 4:0 hesabı ilə məğlub etdikləri cavab oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.

Rəqibin güclü və çətin komanda olduğunu bildirən futbolçu qarşılaşmanın asan keçmədiyini vurğulayıb:

“Zənnimcə, çətin oyun oldu. Rəqib hazırlıqlı komandadır və bunu meydanda da göstərdilər. Qələbə asan başa gəlmədi. Lakin meydanda böyük iradə və əzm nümayiş etdirdik. Buna görə də meydanı qələbə ilə tərk etdik”.

T.Puxaç görüşün gedişatını da dəyərləndirib. O, komandasının bir sıra qol imkanlarından yararlana bilmədiyini, lakin mübarizəni sona qədər davam etdirdiklərini qeyd edib:

“Bəli, gərgin və intensiv oyun oldu. Çoxlu qol imkanlarımız var idi. Bir neçə fürsəti əldən verdik. Buna baxmayaraq, mübarizəni davam etdirdik və sonda istəyimizə çatdıq”.

Qeyd edək ki, iki oyunun nəticəsinə əsasən rəqibini 5:2 hesabı ilə məğlub edən "Sabah" adını Çempionlar Liqasının pley-off mərhələsinə yazdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin