Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"

Hazırda oxunan: Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"

630612

"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas futbolçuları ilə fəxr edir.

Bizim.Media xəbər verir ki, litvalı mütəxəssis bunu "Orhus"a (Danimarka) qarşı keçirdikləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunundan sonra deyib.

Mütəxəssis komandanın böyük hesablı qələbəsini şərh edib:

"Azərbaycanlı futbol azarkeşlərini, futbolçularımı və hər kəsi təbrik edirəm. Oyunçularımla qürur duyuram. Səfərdə məğlub olduqdan sonra nəticə çıxarmışdıq. Cavab matçına daha hazırlıqlı idik. Bu gün kim yaxşı oynasaydı, o da qalib gələcəkdi.
 

İlk hissədə rəqibin bir qol vurmaq imkanı oldu. Lakin qapıçımız yaxşı çıxış etdi. Bununla belə, əsasən qarşılaşmada üstün olan tərəf biz idik. Biz bu gün qələbəmizi bayram edəcəyik".


Qeyd edək ki, UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Sabah" "Orhus"u iki oyunun nəticəsinə (1:2, 4:0) əsasən məğlub edərək pley-offa vəsiqə qazanıb. "Sabah" bu nəticədən sonra ən azı UEFA Avropa Liqasının əsas mərhələsinitəmin edib. (Milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin