Çempionlar Liqası: "Sabah" darmadağınla pley-off mərhələsində - FOTO/VİDEO

Hazırda oxunan: Çempionlar Liqası: "Sabah" darmadağınla pley-off mərhələsində - FOTO/VİDEO

630588

"Sabah" klubu UEFA Çempionlar Liqasında növbəti oyununu keçirib.

Bizim.Media xəbər verir ki, Azərbaycan çempionu III təsnifat mərhələsinin cavab matçında Danimarkanın “Orxus” klubunu qəbul edib.
 

“Bank Respublika Arena”da oynanılan qarşılaşma "Sabah"ın 4:0 hesablı qələbəsi ilə başa çatıb. Matçda bütün qollar ikinci hissədə vurulub. Velko Simiç, Stiv Silve, Coy-Lens Mikels və Ksander Severina fərqləniblər.


İlk oyunda 1:2 hesablı məğlubiyyətə baxmayaraq, cavab matçında rəqibini 4 cavabsız qolla üstələyən "Sabah" Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlib.

Komanda bununla həm də ən azı Avropa Liqasının əsas mərhələsinə vəsiqəni təmin edib.

Qeyd edək ki, "Sabah" pley-off mərhələsində "Srvena Zvezda" (Serbiya) - "Hapoel" (Ber-Şeva, İsrail) cütünün qalibi ilə qarşılaşacaq. İsrail klubu ilk görüşdə 1:0 hesablı qələbə qazanıb.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin