Luis Suares milliyə geri qayıdır?

Hazırda oxunan: Luis Suares milliyə geri qayıdır?

630564

"İnter Mayami" klubunda forma geyinən 39 yaşlı ulduz hücumçu Luis Suaresin yenidən Uruqvay milli komandasına qayıdışı gündəmdədir.

Bizim.Media xəbər verir ki, bu ehtimal barədə Uruqvay yığmasının baş məşqçisi vəzifəsini icra edən Dieqo Forlan "TyC Sports" kanalına verdiyi müsahibəsində bildirib.

Təcrübəli mütəxəssis Suares səviyyəsindəki bir qoleadorun yığma üçün böyük fayda verəcəyini vurğulayıb:
 

"Onun milliyə qayıdışına isti yanaşıram. Belə zəngin təcrübəyə və yüksək qol vurmaq bacarığına malik bir oyunçunun komandada olması çox müsbət hal olardı. Futbolçuları qiymətləndirərkən ilk növbədə onların oyun keyfiyyətlərini, meydandakı davranışlarını və peşəkarlıq səviyyələrini əsas götürürəm. Bütün uruqvaylı oyunçuların milli komandaya dəvət almaq şansı var".


Məlumat üçün xatırladaq ki, Luis Suares 2026-cı ildə MLS çempionatında meydana çıxdığı 14 qarşılaşmada rəqib qapılarından 10 top keçirib və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin