UEFA Çempionlar Liqası: "Sabah" – "Orhus" oyununun bütün biletləri satıldı

Hazırda oxunan: UEFA Çempionlar Liqası: "Sabah" – "Orhus" oyununun bütün biletləri satıldı

630496

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində Bakıda baş tutacaq "Sabah" – "Orhus" oyununun bütün biletləri satılıb.

Bu barədə Bizim.Media-ya klubun mətbuat xidmətindən bildirilib.

Həmçinin azarkeşlərə stadiona girişdə sıxlığın qarşısını almaq və rahat şəkildə tribunalarına keçmək üçün oyuna ən azı 2 saat əvvəl gəlmələri ilə bağlı müraciət olunub.

Qeyd edək ki, "Sabah" – "Orhus" matçı bu gün, saat 20:00-da 8700 tamaşaçı tutumuna malik "Bank Respublika Arena"da start götürəcək.

Tərəflər arasında Danimarkada baş tutan ilk görüşdə "Orhus" 2:1 hesablı qələbə qazanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin