Sabah Azərbaycan xalqını sevindirmək istəyirik

Hazırda oxunan: Sabah Azərbaycan xalqını sevindirmək istəyirik

630352

İlk matçda bir qol fərqi ilə məğlub olmuşuq. Bunu aradan qaldırmaq çətin deyil.

Bizim.Media  xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Bakıda Danimarkanın "Orxus" komandası ilə keçirəcəkləri cavab oyunundan öncə təşkil olunan mətbuat konfransında deyib.

O, komandada ab-havanın yaxşı olduğunu bildirib:

"Futbolçularım oyuna hazırdırlar. Heç bir problemimiz yoxdur. İstəyirik ki, sabah tarix yazaq və Azərbaycan xalqını sevindirək".

Litvalı mütəxəssis rəqibin heyətində təhlükəli və yaxşı oyunçuların olduğunu söyləyib:

"Doğrudan da ilk matçda yaxşı futbol sərgilədik. Əlbəttə ki, nəticə də bizim üçün önəmlidir. "Orxus" elə komandadır ki, qol epizodlarını az yaratsa da, bunları reallaşdırmağı bacarır. Danimarkada müəyyən səhvlər etdik. Hansı tərəf xırda detalları daha yaxşı təhlil etsə, həmin kollektiv də növbəti raunda yüksələcək. Düşünürəm ki, küləkli hava şəraiti oyuna təsir göstərməyəcək”.

Baş məşqçi komandasının çoxlu sayda qol fürsəti yaratmasının onu sevindirdiyini vurğulayıb.

Qeyd edək ki, avqustun 11-də Masazırdakı "Bank Respublika Arena"da təşkil olunacaq “Sabah” – “Orxus” görüşü saat 20:00-da başlayacaq. Komandalar arasında Danimarkada keçirilmiş ilk matçda meydan sahibləri 2:1 hesablı qələbə qazanıblar.

Bu cütün qalibi pley-off mərhələsində "Srvena Zvezda" - "Hapoel" (Ber-Şeva, İsrail) duelinin güclüsü ilə qarşılaşacaq. Məğlub tərəf isə Avropa Liqasının pley-offunda "Benfika" (Portuqaliya) - "Harts" (Şotlandiya) cütünün qalibi ilə üz-üzə gələcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin