Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən cüdo üzrə gənclər arasında Avropa Kuboku başa çatıb.
Bu barədə Bizim.Media-ya Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.
Bildirilib ki, milli komanda turnirin son günündə 2 qızıl və 4 bürünc medal qazanıb.
Belə ki, Xədicə Qədəşova (-57 kq) və Davud Namazlı (-100 kq) bütün rəqiblərinə qalib gələrək turnirin qalibi olublar.
Nərgiz Əhmədova və Gülgəz Musayeva (hər ikisi -48 kq), Aytən Verdiyeva (-57 kq) və Canpolad Əliyev (-100 kq) isə bürünc medal əldə ediblər.
Xatırladaq ki, yarışın ilk günündə Nilgün Rzayeva (-63 kq) da bürünc medal qazanıb.
Beləliklə, Azərbaycan yığması 2 qızıl və 5 bürünc olmaqla ümumilikdə 7 medalla 33 ölkənin qatıldığı Avropa Kubokunu komanda hesabında üçüncü pillədə başa vurub.



Bizim.Media

- A-
- A
- A+
İdman
21:32 / 09.08.2026
Cüdoçularımız Avropa Kubokunu 7 medalla başa vurdular - FOTO
Hazırda oxunan: Cüdoçularımız Avropa Kubokunu 7 medalla başa vurdular - FOTO
Hazırda oxunan: Cüdoçularımız Avropa Kubokunu 7 medalla başa vurdular - FOTO
630196
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

























































































