"Polymarket" saytı 2026/2027-ci illər mövsümündə UEFA Çempionlar Liqasının (ÇL) qalibi olmaq üçün bəzi komandaların şanslarını faizlə qiymətləndirib.
Bizim.Media xəbər verir ki, müxtəlif hadisələrin başvermə ehtimallarının qiymətləndirilməsi üzrə ixtisaslaşan platformanın proqnozuna əsasən, əsas avrokubok turnirinin favoritləri eyni anda üç komandadır - PSJ, "Real Madrid" və "Bavariya".
Turnirin ümumi mərhələsinin startı ərəfəsində İspaniya, Fransa və Almaniya nəhənglərinin ÇL-də qalib gəlmək ehtimalı 14% qiymətləndirilir.
Növbəti pillədə isə 13%-lik göstərici ilə İngiltərənin "Mançester Siti" klubu qərarlaşıb.
UEFA Çempionlar Liqasının son qalibi PSJ-dir. Turnirin cari mövsümünün finalı 2027-ci il iyunun 5-də Madriddəki "Metropolitano" stadionunda keçiriləcək.
Bizim.Media






























































































