Argentina millisinin futbolçusu Tyaqo Almada komandasını dəyişib.
Bizim.Media xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi İspaniya təmsilçisi “Atletiko”dan ölkəsinin “River Pleyt” klubuna keçib. Məlumatı Argentina klubunun rəsmi saytı yayıb.
Oyunçu ilə 3,5 illik müqavilə imzalanıb. “River Pleyt” bu keçid üçün qarşı tərəfə 20 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, Tyaqo Almada 2022-ci ildə Argentina millisinin heyətində dünya çempionu olub.
Bizim.Media

- A-
- A
- A+
İdman
09:12 / 09.08.2026
Dünya çempionunu 20 milyon avroya satdı
Hazırda oxunan: Dünya çempionunu 20 milyon avroya satdı
Hazırda oxunan: Dünya çempionunu 20 milyon avroya satdı
630081
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.







































































































