Azərbaycanın 18 yaşadək qızlardan ibarət basketbol millisi Rumıniyada keçirilən Avropa çempionatının B divizionunda növbəti oyununu keçirib.
Bizim.Media xəbər verir ki, millimiz 17-20-ci yerlər uğrunda görüşdə Estoniya yığması ilə qarşılaşıb.
Matç Azərbaycan komandasının qələbəsi ilə başa çatıb - 74:71.
Qeyd edək ki, yığma növbəti matçını sabah Norveç komandasına qarşı keçirəcək.
Daha əvvəl millimiz qrup mərhələsində Rumıniyaya (55:81), Portuqaliyaya (52:90), Niderlanda (72:79) və İslandiyaya (74:77) məğlub olub. Komanda 17-20-ci yerlər uğrunda matçda isə Şimali Makedoniyaya 75:73 hesabı ilə qalib gəlib.
Bizim.Media

- A-
- A
- A+
İdman
13:53 / 08.08.2026
Azərbaycanın qızlardan ibarət basketbol millisi Estoniyaya QALİB GƏLDİ
Hazırda oxunan: Azərbaycanın qızlardan ibarət basketbol millisi Estoniyaya QALİB GƏLDİ
Hazırda oxunan: Azərbaycanın qızlardan ibarət basketbol millisi Estoniyaya QALİB GƏLDİ
629980
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































