8 otağı, 6 hamamı var - Salah bu evdə yaşayacaq - FOTO

Hazırda oxunan: 8 otağı, 6 hamamı var - Salah bu evdə yaşayacaq - FOTO

629933

Trabzonsporun yeni transferi Məhəmməd Salahın ailəsi ilə birlikdə yaşayacağı villa məlum olub. Misirli ulduz Yalıncak məntəqəsində yerləşən villanı bəyənib. Ümumi 975 kvadratmetr əraziyə malik evdə qapalı hovuzdan saunaya, idman zalından kino zalına qədər bir çox bölmə mövcuddur.

Bizim.Media xəbər verir ki, villanın ümumi sahəsi 975 kvadratmetr olub, giriş mərtəbəsi 120, birinci mərtəbəsi 120, bağ mərtəbəsi 230 və mansard mərtəbəsi 35 kvadratmetr istifadə sahəsinə malikdir.

Villada yataq otaqları, hamam otaqları, qapalı hovuz, sauna, idman zalı, kino zalı və ağıllı ev sistemi kimi imkanlar mövcuddur.

Villada lazım olan bütün dəyişikliklər edildikdən sonra futbolçunun ailəsi də qısa müddət ərzində Trabzona gələrək yeni evə köçəcək.

Villada xüsusi hovuz, ocaq yeri (atəş çuxuru), bağ mətbəxi, duş sahəsi, hobi bağı və uşaq oyun meydançası da mövcuddur. Evdə həmçinin ağıllı ev sistemi, dinamik və kamera təhlükəsizlik sistemi, mərkəzi idarəetmə, təbii qaz və boyler sistemi ilə yerdən istilik sistemi yerləşir. (milli.az)








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin