Əlcəzair millisinin qapıçısı, əfsanəvi fransız futbolçu və məşqçi Zinəddin Zidanın oğlu Luka Zidan İspaniyanın "Qranada" klubundan "Leqanes"ə keçib.
Bizim.Media xəbər verir ki, bu barədə məlumat klubun rəsmi saytında yer alıb.
28 yaşlı futbolçunun Sequnda (İspaniya ikinci divizionu) təmsilçisi ilə müqaviləsi daha bir mövsüm uzadılma variantı ilə bir illik nəzərdə tutulub.
Luka Zidan "Leqanes"ə azad agent statusu ilə qoşulub. O, bundan əvvəl İspaniyanın "Qranada" klubu ilə olan əmək müqaviləsini birtərəfli qaydada ləğv edib.
Bizim.Media

- A-
- A
- A+
İdman
22:50 / 07.08.2026
Zidanın oğlu "Leqanes"ə transfer olundu
Hazırda oxunan: Zidanın oğlu "Leqanes"ə transfer olundu
Hazırda oxunan: Zidanın oğlu "Leqanes"ə transfer olundu
629915
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































