“Real Madrid” və “Mançester Yunayted”in keçmiş hücumçusu Xavyer Ernandes (Çiçarito) Rio Ferdinandın müəllif podkastında Kriştianu Ronaldo barədə təəssüratlarını bölüşüb.
Bizim.Media “qafqazinfo.az”a istinadla xəbər verir ki, meksikalı hücumçu 2014/15 mövsümündə portuqaliyalı ulduzla birlikdə “Kral klubu”nun şərəfini qoruyub.
Ferdinandın “Ronaldo ilə eyni soyunub-geyinmə otağında olarkən ilk təəssüratın necə oldu?” sualına “Çiçarito” belə cavab verib:
“Möhtəşəm idi. Sizin Mançesterdə onun haqqında danışdıqlarınızın hamısı həqiqət idi. O, hətta şam yeməyi masasında belə rəqabət aparırdı. Lakin bu rəqabət ruhunun təkəbbürlə heç bir əlaqəsi yoxdur. O, kimsədən üstün olduğunu sübut etməyə çalışmırdı. Sadəcə, ən yaxşı olmaq üçün hər gün, hər saniyə bu rejimdə olmalısan. Şəxsi söhbətlərimizdə də o, tamamilə səmimi və təbii insan idi”.
Məlumat üçün bildirək ki, Kriştianu Ronaldo 5 qat Çempionlar Liqasının qalibi, 2016-cı ilin Avropa çempionu və ikiqat Millətlər Liqasının qalibidir.
Portuqaliyalı ulduz, həmçinin milli komandalar, Avropa çempionatları, Çempionlar Liqası və Klublararası Dünya Çempionatı tarixinin ən çox qol vuran oyunçusudur. Bundan başqa, Ronaldo 5 dəfə “Qızıl top” mükafatına layiq görülüb.
Bizim.Media

- A-
- A
- A+
İdman
20:40 / 07.08.2026
“Şam yeməyində belə rəqabət aparırdı” - Ronaldodan danışdı
Hazırda oxunan: “Şam yeməyində belə rəqabət aparırdı” - Ronaldodan danışdı
Hazırda oxunan: “Şam yeməyində belə rəqabət aparırdı” - Ronaldodan danışdı
629898
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































